Yaponiyada yüksək temperaturlu isti hava minlərlə insanı xəstəxanalıq etdi
Yaponiyada havaların həddindən artıq istiləşməsi nəticəsində 16 nəfər həyatını itirib, on minlərlə insan isə xəstəxanaya yerləşdirilib.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, təkcə 14-20 iyul tarixləri arasında 5309 nəfər istiyə bağlı səbəblərlə xəstəxanaya çatdırılıb. Ümumilikdə isə son günlərdə 10 804 nəfər tibbi yardım almaq məcburiyyətində qalıb.
Ölkə üzrə ən yüksək temperatur 37 şəhərdə qeydə alınıb. Xüsusilə, Qifu prefekturasının Qujo şəhərində termometrlər 39,8 dərəcəyə çataraq, kritik həddi aşıb.
Qeyd edək ki, Yaponiyada iyul-avqust aylarında baş verən istilər hər il onlarla insanın həyatına son qoyur. Bu il isə iqlim dəyişikliyinin təsiri ilə temperatur rekord həddə çataraq ölkədə fövqəladə tədbirlərin görülməsini zəruri edib.
Gülbəniz Səfərova






