media-inshot_20250820_192223379

Yaponiyanın bir neçə şəhərində səmada parlaq meteor müşahidə edilib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında Yaponiyanın Kaqosima, Miyazaki, Osaka və digər şəhərlərin sakinləri səmada qeyri-adi parıltı gördüklərini bildiriblər.

Müşahidəçilər, parıltıdan sonra göydən narıncı rəngli bir topun düşdüyünü qeyd ediblər.

Kaqosima Kosmik Muzeyinin direktoru Toşihisa Maeda məsələ barəsində bildirib ki, bu hadisə “atəş topu” adlanan parlaq meteorun atmosferə daxil olması nəticəsində baş verib.

Qeyd edək ki, meteorlara olan maraq yalnız astronomiya həvəskarları ilə məhdudlaşmır, hadisə sosial şəbəkələrdə də geniş müzakirə olunub.


Bənzər xəbərlər