Yarasalardan yeni koronavirus variantı aşkar edildi
Taylandda yeni koronavirus variantı aşkar edilib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, virus Taylandın Çaçenqsao əyalətindəki mağaralarda yaşayan nalburun yarasalardan aşkar edilib.
Məlumata görə, virus “Clade B” tipinə aiddir.
Bildirilir ki, yeni virus insan hüceyrələri ilə qarşılıqlı təsir göstərə bilsə də, COVID-19 ilə müqayisədə daha zəifdir. Onun hava yolu ilə ötürülmə qabiliyyəti isə olduqca məhduddur.
Qeyd olunur ki, virusun törətdiyi təsirlər daha yüngül xarakter daşıyır.
Mütəxəssislərin açıqlamasına görə, mövcud koronavirus peyvəndləri bu yeni varianta qarşı hələ də qoruyucudur və genişmiqyaslı epidemiya riski aşağı qiymətləndirilir.






