Yarış zamanı 12 qutu pivə içdi: orada yaşayış icazəsini itirdi
Norveçdə keçirilən 50 km-lik Dünya Kuboku marafonunda britaniyalı xizəkçi Qabriel Qledhill yarış zamanı tamaşaçıların ona təklif etdiyi 12 qutu pivəni içib.
Patrul.az xəbər verir ki, üstəlik bu azmış kimi, o, digər sərt içkiləri içməkdən də vaz keçməyib. Nəticədə kəskin ürəkbulanması yaşayan idmançı yarış zamanı qalibdən 20 dəqiqə geri, 67-ci yerdə finiş edib.
Yarışın təşkilatçıları onun bu davranışını yanlış və ictimai narahatlıq doğuran addım hesab edərək, bu barədə səlahiyyətli orqanlara məlumat veriblər.
İdmançıya bu hərəkəti isə baha başa gəlib. Qledhillin Norveçdəki yaşayış icazəsi ləğv olunub.
Onun martın 28-dək ölkəni tərk etməsi barədə qərar qəbul edilb. Əməlindən peşman olan Qledhill müsahibəsində Norveçdə çox yaxşı vaxt keçirdiyini bildirib.
Aynur Nadirqızı






