Yasamal rayonunda su problemi yaşanır
Yasamal rayon Cəlil Məmmədquluzadə 20 ünvanında bu gün səhər saatlarında su kəsilib.
Patrulaz.az-a daxil olan şikayətdə bildirilir ki, axşam olmasına baxmayaraq suyun verilməsi hələ də bərpa edilməyib. Eyni zamanda suyun verilməməsinin səbəbi və nə zaman bərpa ediləcəyi ilə bağlı heç bir məlumatın olmaması sakinlərin məişət həyatında çətinliyə səbəb olur.
Həmçinin vətəndaşlar qeyd edib ki, məsələ ilə bağlı aidiyyatı qurumun qaynar xəttinə müraciət etdikdə operatora bağlanmaq mümkün olmur, uzun zaman alır.