media-retouch_2025070210290542

Rusiyanın Yekaterinburq şəhərində iyunun 27-də baş verən və azərbaycanlıların həyatına son qoyan polis hücumu ilə bağlı məsul şəxslərin adları məlum olub.

Patrulaz.az xəbər verir ki, bu barədə informasiyanı “Evocation” telegram kanalı yayıb.

Məlumata görə, hadisədə birbaşa və ya dolayı şəkildə iştirak etdiyi ehtimal edilən şəxslər Yekaterinburq şəhərinin hüquq-mühafizə orqanlarında yüksək vəzifə daşıyan polislərdir. Onların vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və bunun nəticəsində ölüm halları ilə nəticələnən insidentdə məsuliyyət daşıdıqları qeyd olunur.

Hadisə ilə əlaqədar adı hallanan şəxslər aşağıdakılardır:

Viktor Poznyak – Yekaterinburq polis idarəsinin polkovnik rütbəli rəhbəri, mütəşəkkil cinayətkar qrupun rəhbəri kimi tanıdılır;

media-img_20250702_101438_611

Nikolay Poçayevets – Poznyakın müavini, istintaq idarəsinin rəisi;

media-img_20250702_103128_296

Rafael Xamidulin – Poznyakın digər müavini, polkovnik-leytenant;

media-img_20250702_103156_088

Aleksandr Smirnıx – Poznyakın kadrlarla iş üzrə müavini.

media-img_20250702_103223_417

Məlumatda qeyd olunur ki, bu şəxslərin rəhbərliyi altında fəaliyyət göstərən strukturun vəzifə səlahiyyətlərini aşması və azərbaycanlılara qarşı zorakılıq tətbiq etməsi nəticəsində faciəli hadisə baş verib.

Hazırda məsələ ilə bağlı geniş ictimai və diplomatik reaksiyalar gözlənilir. Azərbaycanın aidiyyəti qurumları və diaspor təşkilatları hadisənin obyektiv araşdırılmasını tələb edir.

Xatırladaq ki, iyunun 27-də Rusiyanın Yakaterinburq şəhərində Xüsusi Təyinatlı Polis Dəstəsi (OMON) tərəfindən azərbaycanlıların yaşadığı evdə aparılan əməliyyat nəticəsində iki nəfər – Hüseyn və Ziyəddin Səfərov qardaşları işgəncələrə məruz qalaraq həlak olublar.


Bənzər xəbərlər