Yekaterinburqda Akif Səfərova 22 günlük həbs cəzası verildi
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı Akif Səfərovun saxlanılması ilə bağlı məhkəmə qərarı verilib.
Patrulaz.az xəbər verir ki, şəhər məhkəməsi onun barəsində 22 günlük inzibati həbs qətimkan tədbiri seçib. Hazırda Akif Səfərov istintaqa şübhəli şəxs qismində cəlb olunub.
Qeyd edək ki, bu hadisə iyunun 27-də Yekaterinburqda xüsusi təyinatlı polis dəstəsinin (OMON) azərbaycanlılara qarşı keçirdiyi əməliyyatdan sonra yaşanan həbslər silsiləsindəndir.