media-inshot_20250901_181117206

Yəməndə İsrailin hücumunda həlak olan husi nazirlərinin kütləvi dəfn mərasimi keçirilib.

Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki, matəm mərasimində iştirak edənlər “Allah böyükdür, Amerikaya ölüm, İsrailə ölüm, yəhudilərə lənət, İslamın qələbəsi” şüarları səsləndiriblər.

Xatırladaq ki, İsrailin Yəmənə hücumu nəticəsində 12 nəfər ölüb, onlardan biri qrupun baş naziri və 9 nazir olub.

Qeud edək ki, Yəmənin “Ənsar Allah”(Husilər) təhlükəsizlik qüvvələri ölənlərin qisasını alacaqlarına və İsrailə, həmçinin onun gəmilərinə hücumları davam etdirəcəklərinə söz veriblər.

 


Bənzər xəbərlər