media-photo-output

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində naməlum qadının vətəndaşları aldatdığı anları əks etdirən görüntüləri yayılıb.

Patrulaz.az-a daxil olan məlumata görə, həmin qadın bir neçə aydır ki, qəsəbə ərazisində avtomobillərin yaxınlığında özünü halsız kimi göstərərək yerə yıxılır.

İddiaya əsasən, qadın bu yolla vətəndaşların diqqətini cəlb edib onlardan pul almağa çalışır.

Kadrlarda görünür ki, qadın “Land Rover” markalı avtomobili görən kimi əvvəlki hərəkətlərini təkrarlayaraq sürücünün diqqətini çəkir. Bununla da real vəziyyətdən xəbərsiz sürücü avtomobilindən düşərək onun vəziyyəti ilə maraqlanmağa başlayır.

Halbuki vətəndaşın qeydə aldığı bəzi kadrlarda qadının rahat şəkildə yeridiyi, əməlləri üzə vurulduqda isə özünü müdafiə etməyə çalışdığı görünür.

Patrulaz.az olaraq vətəndaşların insafından sui-istifadə edərək saxtakarlıqla pul qazanmağa çalışan şəxslə bağlı məsələni diqqətdə saxlayacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər