media-inshot_20251226_141144816

Ukrayna Prezidenti Volodimir Zelenski tezliklə ABŞ Prezidenti Donald Trampla sülh planını müzakirə etmək üçün görüşəcəyini açıqlayıb.

Patrul.az xəbər verir ki, bu barədə Zelenski Telegram kanalında məlumat verib.

O, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun Amerika tərəfi ilə son əlaqələr barədə ona məlumat verdiyini qeyd edib:

“Rüstəm Umerov Amerika tərəfi ilə müntəzəm təmaslar barədə məlumat verdi. Bir günü də boşa sərf etmirik. Ən yüksək səviyyədə Prezident Trampla yaxın gələcəkdə görüş barədə razılığa gəlmişik”, – deyə Zelenski bildirib.

Ukrayna lideri həmçinin Yeni ilə qədər çox qərarların verilə biləcəyinə ümid etdiyini söyləyib:

“Yeni ilə qədər çox şey qərarlaşdırıla bilər. Ukraynaya eşq olsun!”, – deyə o əlavə edib.

Xatırladaq ki, 24 dekabrda Zelenski ilk dəfə olaraq sülh planının 20 bəndini açıqlayıb.


Bənzər xəbərlər