media-inshot_20260123_194104096

Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirak edib. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bu iştirakın ölkəmiz üçün əhəmiyyəti barədə Patrul.az-a şərh edib:

“Məlumdur ki, hazırda qlobal miqyasda beynəlxalq nizamın yenidən fundamental dəyərləndirilməsi prosesi başlanıb. Ənənəvi institusional mexanizmlərin kifayət qədər çevik və işlək davrana bilməməsi, yaxud yeni reallıqda formalaşan maraqları qarşılamaq gücündə olmaması bəşər tarixində indiyə qədər müşahidə olunmamış qlobal status-kvo formalaşdırıb. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Sülh Şurası da bu mənada təklif edilən yeni mexanizmlərdən biri və faktiki olaraq hələ ki ən nüfuzlusu sayıla bilər”.media-inshot_20260123_192909597

Millət vəkili xatırladıb ki, Prezident Tramp Davosdakı çıxışında Sülh Şurasının indiyədək mövcud olan analoji mexanizmlər arasında ən nüfuzlu olacağını bildirib:

“Bu isə o deməkdir ki, yeni fundamental dəyərlərin və yeni qlobal məzmuna malik formatın iştirakçıları həm də yeni nizamın yaradıcıları hesab ediləcək. Bu mənada, cənab İlham Əliyevin ABŞ-nin Prezidenti Donald Trampın dəvəti ilə Sülh Şurasının təsisçisi qismində iştirakçılığa razılıq verməsi yeni dünya nizamında Azərbaycanın aparıcı rolunun göstəricisi sayılmalıdır. Təbii ki, siyasi məqamlar özlüyündə mühüm amildir və Azərbaycan Respublikasının Vətən müharibəsi və antiterror tədbirlərindən sonra yaratdığı və qazandığı hərbi-siyasi qələbələrə əsaslanan reallıq ölkəmizin qlobal miqyasda ciddi siyasi üstünlüyə malik olduğunu demək üçün xeyli əsaslar verir. Çox çətin coğrafiyada Azərbaycanın separatizmə son qoyması və hərbi-siyasi yolla sülhə nail olması ziddiyyətlərin artdığı bir məqamda Azərbaycan təcrübəsini öyrənilməsi vacib tandemə çevirib. Lakin Sülh Şurası Azərbaycana artan qlobal nüfuzdan başqa həm də ciddi iqtisadi dividendlər vəd edir, belə ki, yeni dünya nizamında yeni marşrutlar müəyyən edilərkən Azərbaycan həlledici fiqur kimi özünün layihələrinin aktiv müdafiəçisi qismində çıxış etmək imkanına malik olur və beləliklə də, ötən dövr ərzində realizə olunan layihələr özünün alternativsizlik statusunu daha da möhkəmləndirir”.

“Digər tərəfdən, yeni nizamda aparıcı qüvvə kimi çıxış etmək ölkənin qlobal miqyasda əlverişli investisiya mühitinə malik coğrafiya kimi reytinqinə təsir göstərəcək və investorlar üçün münbit və cəlbedici, ələlxüsus yatırımların qarantiyalandığı region rolunu daha da gücləndirəcək”, – deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər