media-insandan-insana-bulasabiliyor-sadece-yanindan-gecmek-bile-yetiyor-dunyada-olumcul-hantavirus-alarmi-m02c

İnsana keçən ölümcül virus yayılır.

Patrul.az xarici mediaya istinadən xəbər verir ki, Argentinada yayılan və yüksək ölüm riski daşıyan “Andes hantavirusu” dünyada ciddi narahatlıq yaradıb.

Belə ki, virus son olaraq Argentinada 2026-cı il mayın 2-də içərisində 147 sərnişinin olduğu kruiz gəmisində yayılıb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib.

Bu virusu digərlərindən fərqləndirən nədir?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarına görə, “hantavirus”lar adətən gəmiricilərin ifrazatları (sidik, tüpürcək, nəcis) ilə təmas zamanı insanlara keçir. Lakin  bu virusun ən nadir və təhlükəli xüsusiyyəti birbaşa insandan insana yoluxa bilməsidir.

Bildirilib ki, virusa yoluxan şəxs 17-40 gün ərzində heç bir simptom göstərmədən həyatını davam etdirə bilər. Bu isə xəstəliyin müxtəlif şəhərlərə və hətta qitələrə yayılmasını asanlaşdırır.

Məlumata görə, “Andes hantavirus”u ağır pnevmoniya, şiddətli nəfəs darlığı və yüksək hərarətlə özünü göstərir. Əksər xəstələr reanimasiya dəstəyinə ehtiyac duyurlar.

Virusun ən təhlükəli tərəfi onun sürətlə ağır pnevmoniyaya və kəskin tənəffüs çatışmazlığına keçməsidir. Bir çox hallarda xəstələrdə qəfil nəfəs darlığı və arterial təzyiqin kəskin düşməsi (hipotoniya) müşahidə olunur.

Xəstəliyin ilkin əlamətləri:

– Yüksək hərarət, şiddətli baş ağrısı və başgicəllənmə;

– Üşütmə və əzələ ağrıları (mialgiya);

– Ürəkbulanma, qusma, ishal və qarın nahiyəsində ağrılar.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, “Hantavirus” infeksiyaları dünya miqyasında nadir hallarda görülsə də, son illərdə artım müşahidə olunur. Təkcə 2025-ci ilin noyabrına qədər Amerika regionunda 8 ölkədə 229 yoluxma və 59 ölüm faktı qeydə alınıb.

Təşkilat virusdan qorunmaq üçün əhaliyə bir sıra ciddi tövsiyələr verib:

– Gəmiricilərdən uzaq durun. Onların olduğu mühitlərlə təması minimuma endirin:

– Ərzaq məhsullarını gəmiricilərin çatmayacağı təhlükəsiz yerlərdə saxlayın;

Qapalı məkanları təmizləyərkən toz qaldıran “quru süpürmə” üsulundan qaçın, nəm təmizləməyə üstünlük verin və otaqları mütəmadi havalandırın.

Mütəxəssislər xəstəliyin 17-40 gün davam edə bilən inkubasiya dövrünün olduğunu bildirir və şübhəli hallarda dərhal həkimə müraciət etməyin vacibliyini vurğulayırlar.

Gülbəniz Səfərova


Bənzər xəbərlər