media-screenshot_20250630_101635_telegram

Yeni Yasamal ərazisi, Arif Mehdiyev küçəsində yolun kənarındakı yerin qəzalı vəziyyətdə olması əhalini  narahat edir.

Patrulaz.az xəbər verir ki, “Bravo” marketə gedən yolun kənarında iri bir çuxur əmələ gəlib. Çuxurun içindən turbalar çıxıb, ətraf hissələrdə isə dərin çatlar müşahidə olunur. Vətəndaşlar bildirirlər ki, bu vəziyyət istənilən an faciəyə səbəb ola bilər.

“Başqa bir adam da həlak olmamış, gəlib bura baxsın, təmir etsinlər”,- deyə narazılığını bildirən sakin qeyd edib.

Xatırladaq ki, iyunun 27-də Binəqədi rayonu, Baksol yolunda 27 yaşlı bir gənc yolun çökməsi nəticəsində kanalizasiya xəndəyinə düşərək həyatını itirmişdi.

Qeyd edək ki, Bakının müxtəlif ərazilərində bu kimi çökəkliklərin sayı artmaqdadır. Vətəndaşlar aidiyyəti qurumlardan belə təhlükəli sahələrin vaxtında aşkarlanaraq bərpa edilməsini, insanların həyatına təhlükə yaratmayan infrastrukturun təmin olunmasını tələb edirlər.


Bənzər xəbərlər