media-img_4715

Sumqayıt Apellyasiya Məhkəməsində on dörd yaşına çatmayan şəxsə seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Əsgər Babayevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Patrulaz.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, 1985-ci il təvəllüdlü Əsgər Babayev 23 fevral 2024-cü il tarixdə saat 14:50 radələrində 2010-cu il təvəllüdlü, zərərçəkmiş S.M-i (adı, soyadı şərtidir) idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobilə əyləşdirib Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Gənclər şəhərciyi” yaşayış kompleksinin yaxınlığındakı neft kəmərinin yanına aparıb. O, avtomobilin salonunda zərərçəkmiş şəxsi öpüb, cinsi ehtirasının təmin edilməsi məqsədilə bədəninin digər nahiyələrinə toxunub, sonra ona qarşı seksual xarakterli hərəkətlər edib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Əsgər Babayev 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 


Bənzər xəbərlər