Yerə bənzər atmosferi olan başqa planet? - Alimlərdən şokedici kəşf
Alimlər Yer kimi böyük olan başqa bir planetdə həyatı dəstəkləyə biləcək əlamətlər aşkar ediblər.
Patrulaz.az “Daily Mail”ə istinadən xəbər verir ki, Yer kürəsindən 40 işıq ili uzaqlıqda yerləşən “TRAPPIST-1e” planetində atmosfer, eləcə də okean və buz təbəqələrinin ola biləcəyi müəyyən edilib.
Bu kəşf nəticəsində sözügedən planet Yerdən sonra uzun müddətdir ki, atmosfer axtarışı üçün ən uyğun yaşayış zonası obyektlərindən biri sayılıb.
“TRAPPIST-1e” ulduzunun ətrafında yerləşdiyi məsafəyə görə nə çox isti, nə də çox soyuqdur və həyat üçün əlverişli şərtlər yaradır”, – deyə tədqiqatçı Dr. Rayan MakDonald bildirib.
Tədqiqatçılar yaxın illərdə “TRAPPIST-1e” üzərində daha ətraflı müşahidələr aparmağı planlaşdırırlar:
“İndi digər ulduz sistemlərində də yaşayış potensialını axtarmaq üçün güclü teleskop və alətlərimiz var”, – deyə Dr. MakDonald əlavə edib.






