Yobe çayında 52 sərnişini daşıyan gəmi suyun ortasında çevrildi - FOTOLAR
Nigeriyada Yobe çayında sərnişin gəmisi qəzaya uğrayıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, ümumilikdə 52 sərnişinin olduğu gəmidə 25 nəfər ölüb, 13 nəfər xilas edilib, 14 nəfər isə itkin düşüb.
Hadisə gəminin marşrutun ortasında çevrilməsi nəticəsində baş verib. Qəzanın dəqiq səbəbi isə müəyyənləşdirilir.
Rəsmi məlumata görə, hazırda bölgədə itkin düşən digər 14 sərnişinin tapılması üçün xilasetmə işləri aparılır.
Qeyd edək ki, sərnişinlər arasında bazardan qayıdan yerli sakinlərin, eləcə də fermerlər və balıqçıların olduğu bildirilir.

Gülbəniz Səfərova






