media-inshot_20251016_085131936

Beynəlxalq sosial platforma YouTube-da videoların izlənilməsində kəsintilər baş verib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, dünyada təxminən 600 min istifadəçi YouTube, YouTube Music və YouTube TV-yə daxil olmaqda çətinliklərlə üzləşib.

İstifadəçilər platformalarda boş ekranlar, səhv mesajları və video oynatma problemləri ilə bağlı şikayətlər ediblər.

Rəsmi YouTube Səhifəsi şirkətin “X”  hesabında paylaşım edərək problemdən xəbərdar olduqlarını və araşdırmanın davam etdiyini təsdiqləyib:

“Bəzi istifadəçilərin YouTube, YouTube Music və ya YouTube TV-də videolara baxarkən problem yaşadığının fərqindəyik. Hazırda məsələni araşdırırıq və yenilənmiş məlumat paylaşacağıq”, – şirkətdən bildirilib.

Qeyd edək ki, problemin yaranma səbəbi açıqlanmayıb.


Bənzər xəbərlər