Yük maşını sürücüsü eyni səbəbdən ardıcıl iki dəfə cərimələndi
Azərbaycanda ağırtonnajlı yük maşını sürücüsünə 12 gün ərzində ümumilikdə 1 800 manatlıq cərimə yazılıb.
Patrulaz.az “Xəzər TV”yə istinadən xəbər verir ki, İmişli rayon sakini Rüfət Əliyev daşıdığı yükün çəkisinin qaydalara uyğun olduğunu desə də, ona normanı aşdığı bildirilərək cərimələr tətbiq olunub.
Onun sözlərinə görə, ilk cərimədən cəmi 10 gün sonra eyni səbəblə təkrar cərimələnib. Bu dəfə əvvəlkindən iki dəfə artıq məbləğ – 1 200 manat ödəməli olub.






