Yüksək gərginlikli xətt, 30 yaşlı palma ağacını yandırdı - VİDEO
Astara rayonu, Şahağacı kəndində yüksək gərginlikli elektrik xətti palma ağacını yandırıb.
Sakinin Patrulaz.az-a verdiyi məlumata görə, vaxtı ilə dəfələrlə Azərişığa müraciət edərək bildiriblər ki, 10 000 voltluq xətt evin üstündən keçir və təhlükəlidir, lakin tədbir görülməyib.
Yanğın nəticəsində 25–30 yaşlı, əziyyətlə böyüdülmüş palma ağacı zərər görüb. Xoşbəxtlikdən, hadisə zamanı xəsarət alan olmayıb.
Həmin görüntünü sizə təqdim edirik:






