Yumurtanın qiyməti niyə artıb? – Ekspert açıqladı
Son günlər bazarda yumurtanın qiymətində nəzərəçarpacaq artım müşahidə olunur. Artım həmçinin kənd yumurtasında da hiss edilir.
Bəs bu bahalaşma nədən qaynaqlanır?
Bu barədə iqtisadçı Natiq Cəfərli Patrul.az-a açıqlamasında bildirib ki, yumurtanın qiyməti bazarda məhsulun azlığı və tələbin çoxluğu səbəbindən artır:
“Tələb artdıqca, istehsal azaldıqca qiymət bahalaşır. Yumurtanın qiyməti də eyni qaydada dəyişir. “Yeni kənd yumurtası” adı altında bazarda satılan məhsulun tənzimlənməsi yoxdur. Dövlətin hər hansı müdaxilə edib-etməməsi düzgün sayılmaya bilər, çünki bu proses bazar iqtisadiyyatı prinsipləri ilə tənzimlənməlidir. Qış aylarında yumurta bazarda az olur, yaz-yay aylarına nisbətən yumurtanın sayı azalır və bu da qiymətin artmasına səbəb olur. Çox güman ki, indiki bahalaşma məhz bununla əlaqədardır.”
Cəmilə Cəfərzadə






