media-inshot_20260403_104710818

Rusiyada yeddi vaqon relsdən çıxıb.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Ulyanovsk vilayətində Bryandino stansiyası yaxınlığında Çelyabinsk-Moskva sərnişin qatarında baş verib.

Hadisə zamanı qatarın içərisində bir neçə yüz sərnişin olub. Onlardan bir uşaq da daxil olmaqla, 22 nəfər yaralanıb.

Ölənlər barədə hələlik məlumat yoxdur.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və təcili yardım avtomobilləri cəlb olunub.

İnternetdə yayılan görüntülərə görə, hazırda onlarla insan aşmış qatar vaqonlarının pəncərələrindən sərnişinləri xilas etməyə çalışır.

Qeyd edək ki, hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər