media-img_7140

Zabrat-2 dəmiryolu stansiyasında liftin işləməməsi və keçidin bağlı olması səbəbindən bir deyil, bir neçə sərnişin qatarı qaçırıb.

Patrulaz.az xəbır verir ki, sərnişinlərin sözlərinə görə, stansiyada liftin işləmədiyini və keçidin bağlı olduğunu əvvəlcədən bildirən heç bir elan yoxdur. Nəticədə insanlar pilləkənlə yuxarı qalxıb, sonra isə “bu tərəfdən keçid işləmir, o biri tərəfdən gedin” cavabı alıblar.

Bu cür halların yaşanmaması üçün sadəcə bir elan və ya xəbərdarlıq yazısı asılsaydı, vətəndaşlar boş yerə yuxarı qalxmaz, həm də qatarlarını qaçırmazdılar.

Günay Salayeva


Bənzər xəbərlər