media-1f49ecc3-3019-40ec-8e41-035201563c14

Bakı şəhəri Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsində su borusunun deşilməsi ərazini gölə çevirib.

Patrulaz.az-ın verdiyi məlumata görə, Şahbazov 11 ünvanındakı küçədə içməli su borusunun nasazlığı səbəbindən sular altında qalan ərazi keçilməz vəziyyətə düşüb.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, onlar problemin aradan qaldırılması üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ hələ də öz həllini tapmayıb. Uzun müddətdir davam edən bu vəziyyət həm insanların gündəlik gediş-gəlişinə, həm də sanitariya şəraitinə mənfi təsir göstərir.

Sakinlər ümid edirlər ki, məsul qurumlar problemi tezliklə aradan qaldıracaq və ərazidə normal hərəkət bərpa olunacaq.

Gülbəniz Səfərova


Bənzər xəbərlər