“Ölkəmizin iqtisadiyyatı günü-gündən möhkəmlənməkdədir. Vətəndaşları isə pul gəlirləri artdıqca əldə etdiyi vəsaitlərin hansı sahə üzrə investisiya edilməsi ilə bağlı sual düşündürür. Vətəndaşların əksəriyyəti sərbəst vəsaitlərini mənzil, torpaq və ya qızıla investisya edirlər. Bunlardan hansı sahənin daha səmərəli olması ilə bağlı sual yaranır. Təbii ki, bu gün qeyd etdiyim hər üç sahədə qiymət artımları baş verir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov deyib.


Deputat bildirib ki, bu gün mənzillərin qiymətləri artmaqdadır: “Amma yaxın gələcəkdə mənzil bazarında sabitləşmənin olacağını hesab edirəm. Qızıl bazarında da qiymətlər demək olar ki, tarixin maksimumuna gəlib çatmışdır. Yaxın gələcəkdə qızılın qiymətində artımların çox az olacağını düşünürəm. Amma torpaq bazarında isə qiymətlər günü-gündən yüksələcəkdir. Çünki, bir tərəfdən ölkənin əhalisi artır. Digər tərəfdən isə torpaqlar məhdud çərçivədədir, qızıl və mənzil kimi çoxalmır. Yəni bazarda qızıl və ya mənzilin təklifi artdıqca qiyməti müəyyən qədər sabitləşə və ya düşə bilər. Amma torpağın təklifi heç vaxt artmayacaqdır. Əksinə hər il keçdikcə torpaq bazarında təkliflər azalmağa doğru gedir və bu da yaxın gələcəkdə torpaqın qiymətində daha çox artımların olacağını göstərir. Bu baxımdan torpağa investisiya edilməsinin daha doğru olduğunu düşünürəm”.


Bənzər xəbərlər