Zaur Bəxşəliyevin verilişində əməkdar artist qadına hücum etdi - VİDEO
Aparıcı Zaur Baxşəliyevin “Bizimləsən” verilişində gərgin anlar yaşanıb.
Patrulaz.az “Axşam.az”a istinadla xəbər verir ki, proqrama gələn şikayətçi ilə Əməkdar artist Mehriban Xanlarova arasında mübahisə düşüb.
Babası üçün efirə gələn qıza aktrisa “Get, babana təmiz bax. İydən burada otura bilmirəm. Allahsız. Nə gündəsən. Sən kimsən” sözlərini deyib.
İlahə adlı qadın isə aparıcıya müraciət edərək “Biz sadə vətəndaşlarıq. Heç kimin ixtiyari yoxdur bizimlə təhqirlə danışsın” etirazını bildirib.
M.Xanlarova daha sonra qadının üstünə hücum edib.
Həmin görüntüləri təqdim edirik: