media-inshot_20250818_200759835

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Liderləri ilə görüşə hərbi formada deyil, klassik kostyumda qatılıb.

Patrulaz.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri Zelenskinin də açıqlamasına görə, xalqına hörmət əlaməti olaraq və ölkəsinin hərbi şəraitdə olduğunu, o cümlədən döyüş əzmini nümayiş etdirmək məqsədilə beynəlxalq tədbirlərə adətən hərbi geyimdə çıxış edir.

Trampın müşaviri mövzuya münasibət bildirərək bu ifadələri işlətmişdi:

“Zelenski bu gün kostyum geyinsəydi, bu, sülhün yaxşı əlaməti olardı. Amma biz ondan bunu gözləmirik”.

Buna baxmayaraq, Ukrayna lideri Avropa İttifaqı rəhbərləri ilə Vaşinqtondakı Ukrayna səfirliyində avqustun 18-də keçirilən görüşə məhz kostyum geyinərək qatılıb.

Xatırladaq ki, Zelenski bu gün ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Keyt Kelloq ilə də görüş keçirib. Görüş Vaşinqtondakı “Hay-Adams” otelində baş tutub. Ukrayna rəsmiləri əvvəlcə Zelenskinin həmin görüşə pencəkdə gələcəyini bildirsələr də, o, Kelloqun qarşısına sadə qara köynəkdə çıxıb.

Bundan əvvəl, 2025-ci ilin iyulunda NATO sammitində Zelenski üç ildən sonra ilk dəfə klassik kostyum geyinmişdi. Bu, mart ayında Ağ Evdə yaşanan qalmaqaldan sonra onun rəsmi geyimdə ilk çıxışı olub. Həmin görüşdə jurnalist Brayan Qlenn Zelenskidən “kostyumunuz varmı?” sualını vermiş, bu isə Oval kabinetdə gərginlik yaradaraq Zelenski ilə Tramp arasında mübahisəyə səbəb olmuşdu.


Bənzər xəbərlər