Zelenski: "Putinlə görüşərəm, amma..."
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə görüşün yalnız ölkəsi üçün təhlükəsizlik zəmanətləri ilə bağlı razılaşmadan sonra baş tuta biləcəyini açıqlayıb.
Patrulaz.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Zelenski bu barədə bu gün mediaya verdiyi bəyanatda bildirib.
“Biz 7-10 gün ərzində təhlükəsizlik arxitekturasına dair razılaşma əldə etmək istəyirik. Bu razılaşma əsasında üçtərəfli görüş keçirməyi hədəfləyirik”, – deyə Zelenski qətiyyətlə çıxış edib.
Dövlət başçısı, həmçinin Rusiyaya pilotsuz təyyarə bazarını açmaqda köməklik göstərən Çinə də münasibətini bildirib:
“Ukraynaya dəstək verməyən, həqiqətən ehtiyac duyduğumuz bir zamanda kömək etməyən qarantlara ehtiyacımız yoxdur”.
Putinlə baş tutacaq görüşün yeri barədə də danışan Zelenski bunun NATO və Avropa İttifaqına üzv ölkələrdə – İsveçrə, Avstriya və ya Türkiyədə keçirilə biləcəyini bildirib.
Gülbəniz Səfərova






