media-inshot_20250822_222454670

Ukrayna Prezidenti Volodimir Zelenski Moskva hökumətinin Rusiya Prezidenti Vladimir Putinlə mümkün danışıqların qarşısını almağa çalışdığı açıqlayıb.

Patrulaz.az xəbər verir ki, bu barədə Zelenski Ukraynanın paytaxtı Kiyevdə NATO Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında açıqlama verib. O, Rusiyanın müharibənin sona çatmasını gecikdirmək məqsədilə davamlı ultimatumlar irəli sürdüyünü vurğulayıb.

“Rusiya Putinlə görüşün baş tutmaması üçün hər şeyi edir. Biz isə mümkün qədər səmərəli işləməyə hazırıq”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, Zelenski ABŞ-dən irəliləyiş üçün güclü siqnallar aldığını və Avropa ilə digər koalisiya ölkələrinin də dəstək göstərməyə hazır olduğunu əlavə edib. O, Moskvanın müharibəni bitirmək iradəsi göstərməməsi halında yeni sanksiyaların tətbiq olunmasının zəruri olduğunu vurğulayıb.


Bənzər xəbərlər