Zelenski: "Rusiya qəsdən SOCAR-ın Odessadakı obyektinə zərbə endirdi"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Odessada Azərbaycanın SOCAR-a məxsus neft bazasını vurmasına münasibət bildirib.
Patrulaz.az xəbər verir ki, dövlət başçısı Teleqram hesabında Rusiyanın hücumunun qəsdən törədildiyini bildirib.
“Bu, Rusiyanın nümayişkaranə və kinli zərbəsi idi. Onlar bilirlər ki, bu gün Vaşinqtonda müharibəni bitirmək məqsədilə görüş keçirilir. Odessada Azərbaycan şirkətinə aid enerji infrastrukturuna Rusiya tərəfindən bilərəkdən hücum edildi. Bu, həm münasibətlərimizə, həm də enerji müstəqilliyimizə qarşı atılmış addımdır”, – deyə Zelenski hesabında yazıb.






