Zelenski: "Türkiyə Putinlə danışıqlara ev sahibliyi edə bilər"
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə mümkün danışıqların Türkiyə, Körfəz ölkələri və ya Avropa dövlətlərindən birində keçirilə biləcəyini açıqlayıb.
Patrulaz.az xəbər verir ki, Zelenski bu barədə sosial şəbəkədə paylaşım edib.
O, ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə görüşdüyünü vurğulayıb.
“Rusiyanı danışıqlara məcbur etmək üçün bütün vasitələr masada olmalıdır – həm sanksiyalar, həm də tariflər. Biz liderlər formatında görüşməyə hazırıq. Bu format əsas məsələlərin həlli üçün vacibdir. İndi eyni qətiyyət Moskvadan da gözlənilir”, – Zelenski qeyd edib.






