Zelenski Ukrayna-ABŞ-Rusiya üçtərəfli görüşünün tarixini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, ABŞ və Rusiya arasında yeni üçtərəfli görüşün tarixini açıqlayıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski növbəti görüşün fevralın 1-də baş tutacağını bildirib.
“Bu gün həmçinin nümayəndə heyətimizin tam hesabatı oldu – uşaqlar üçtərəfli görüşlərdən sonra geri qayıtdılar. Uzun müddətdən sonra amerikalılar və ruslarla yenidən format yarandı. Daha hərbi xarakterli müxtəlif məsələləri – müharibənin sonlandırılması və real nəzarət, monitorinqlə bağlı məsələləri müzakirə edə bildik. Növbəti görüşə hazırlaşmaq üçün bəzi məsələlər var. Əvvəllər komandaların bazar günü yenidən görüşəcəyini demişdik”, – Zelenski bildirib.
Dövlət başçısı Ukraynanın həmişə sülhün tərəfində olduğunu, Rusiyanın isə müharibəni davam etdirdiyini vurğulayıb:
“Ukrayna həmişə sülhün tərəfində olub və olacaq, və bu müharibənin hələ də davam etdiyi yeganə ölkə Rusiyadır”.
Zelenski bir daha Rusiyaya sanksiyaların tətbiq edilməsinin əhəmiyyətini vurğulayaraq, bunun müharibəni dayandıracağına inandığını bildirib:
“Məhz təzyiq və onun nəticələri, sanksiyaların nəticəsi, Rusiya əməliyyatlarının bloklanmasının nəticəsi – bütün bunlar müharibənin dayandırılmasına xidmət edir. Tərəfdaşların bunu unutmaması vacibdir. Ukraynanın yanında olan hər kəsə təşəkkür edirəm! Bizə kömək edən hər kəsə təşəkkür edirəm!” – deyə Zelenski yekunlaşdırıb.
Xatırladaq ki, yanvarın 23-də Əbu-Dabidə Rusiya-Ukrayna müharibəsini müzakirə etmək məqsədilə Ukrayna, Rusiya və ABŞ nümayəndələri arasında üçtərəfli görüş baş tutub.






