media-vladimir-zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə növbəti danışıqların sabah Türkiyədə keçirilməsinin planlaşdırıldığını açıqlayıb.

Patrulaz.az xəbər verir ki, bu barədə dövlət başçısı axşam video müraciətində məlumat verib.

“Bu gün Rüstəm Umerovla əsir mübadiləsi və Rusiya tərəfi ilə Türkiyədə keçiriləcək yeni görüşün hazırlıqlarını müzakirə etdik. Umerov məlumat verdi ki, görüş çərşənbə günü baş tutacaq”, – deyə Zelenski bildirib və əlavə edib ki, danışıqlarla bağlı ətraflı məlumatı sabah paylaşacaq.

Qeyd edək ki, bundan öncə TASS agentliyi mənbələrə istinadən növbəti görüşün İstanbulda cümə axşamı və cümə günü keçirilə biləcəyini yazmışdı. Lakin bu barədə hələlik rəsmi təsdiq verilməyib.


Bənzər xəbərlər