"Zelenski prezident deyil, bir növ zarafatdır" - İlon Maskın atası
Məşhur “Tesla” şirkətinin sahibi İlon Maskın atası, iş adamı Errol Mask Ukrayna Prezidenti Volodimir Zelenski barədə açıqlama verib.
Patrulaz.az xəbər verir ki, Errol Mask “TASS”a müsahibəsində Zelenskinin Ukrayna prezidenti olmasını “zarafat” adlandırıb. E.Mask onu Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla müqayisədə əsl lider kimi görmədiyini söyləyib.
“Mən onu ABŞ Prezidenti Donald Tramp və ya Rusiya Prezidenti Vladimir]Putin kimi birisi kimi görmürəm. Mən onu Ukraynanın lideri kimi görmürəm, bu, bir növ zarafatdır”.
Biznesmenin atası həmçinin qeyd edib ki, ABŞ-də yaşayan üç qızı da Zelenskini pis insan hesab edir.
Errol Mask, eyni zamanda Moskva ilə bağlı müsbət fikirlərini də bölüşüb. O, şəhərə ilk səfərində küçələrin təmizliyindən və yolların keyfiyyətindən heyran qaldığını bildirib.
E.Mask xüsusilə vurğulayıb ki, Moskvanın parklarında və bağlarında qadınlar və uşaqlar təhlükəsizlikdən qorxmadan sərbəst gəzə bilirlər.






