media-inshot_20250818_215732187

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündə geyimi diqqət çəkib.

Patrulaz.az xəbər verir ki, görüş zamanı orada olan amerikalı müxbir Zelenskinin kostyumunu bəyənib və “O kostyumda çox gözəl görünürsən” sözləri ilə onu tərifləyib.

Qeyd edək ki, həmin jurnalist fevralda keçirilən son görüşdə Zelenskinin qeyri-rəsmi üslubda geyinməsinə görə narazılığını ifadə etmişdi. “Son dəfə üzr istəmək istərdim”, – deyə o bildirib.

ABŞ Prezidenti Donald Tramp isə gülərək əlavə edib:

“Mən də eyni şeyi demək istəyirəm. Onda niyə ona belə hücum etdin?”.

Xatırladaq ki, Zelenski bundan əvvəl də Avropa liderləri ilə görüşlərdə pencək geyinmişdi. Lakin Vaşinqtonda Hay-Adams otelində Trampın xüsusi nümayəndəsi Keyt Kelloqla söhbət zamanı sadə köynək geyinərək geyim qaydasını pozmuşdu. Ukrayna rəsmiləri isə bu dəfə Zelenskinin Trampla görüşə mütləq kostyumda gələcəyini öncədən bildirmişdilər.


Bənzər xəbərlər