Zelenskiyə ölüm hədəsi: “Ərazi güzəşti etsə..."
Ukraynanın Odessa şəhərinin “Sağ Sektor”un sabiq rəhbəri, ukraynalı fəal Serhiy Sternenko Vlodimir Zelenskini ölümlə hədələyib.
Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, Sternenko “Times” qəzetinə müsahibəsində ərazi güzəştlərinin Zelenski üçün həm siyasi, həm də real ölüm demək olduğunu bildirib:
“Əgər Zelenski işğal olunmamış hər hansı torpaqdan imtina etsəydi, o, həm siyasi, həm də reallıqda cəsəd olardı”, – Sternenko qeyd edib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Kiyevin nəzarətində olan ərazilərdən çıxarılması ölkənin suverenliyi üçün “bomba” effekti verəcək və xalq belə qərarı heç vaxt qəbul etməyəcək.






