media-inshot_20250804_224707302

İyulun 30-da Rusiya Federasiyasının Kamçatka yarımadasında baş vermiş 8,8 bal gücündə zəlzələdən sonra bölgədə 8 vulkan bir-birinin ardınca aktivləşib.

Patrulaz.az Xarici KİV-ə istinadən xəbər verir ki, Şiveluç, Avaçinski, Bezımyannı, Kambalnı, Karımski, Klyuçevski, Kraşeninnikov və Mutnovski vulkanlarında aktivlik əlamətləri müşahidə olunub.

Hazırda ərazidə vulkanoloji və fövqəladə hallar xidməti gücləndirilmiş iş rejimində çalışır.


Bənzər xəbərlər