Zəncirvari yol qəzası nəticəsində 3 nəfər öldü
Füzuli rayonunda 3 nəfərin ölümü ilə nəticələnən ağır zəncirvari yol qəzası baş verib.
Patrulaz.az xəbər verir ki, “Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, “Mercedes”, “KİA” və “Opel” markalı avtomobillər toqquşub.
Hadisə nətisində 3 nəfər həyatını itirib. Ölənlərdən ikisinin qardaş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.






