media-inshot_20250822_134722932

Türkiyədə Zəngəzur dəhlizinin ən mühüm komponentlərindən biri olacaq Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin inşasına başlanılıb.

Patrulaz.az xəbər verir ki, Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu açıqlamasında bildirib ki, xətt Qars, Digor, Tuzluca, Iğdır, Aralık və Dilucu ərazilərindən keçərək Naxçıvana, ordan isə Azərbaycanın əsas hissəsinə birləşəcək:

“Söhbət ildə 5 milyon sərnişin və 15 milyon ton yük daşıma potensialına malik dəhlizdən gedir”.

Nazirin sözlərinə görə, bu layihə Türkiyə ilə Azərbaycan arasında nəqliyyat əlaqələrinin güclənməsinə, həmçinin Zəngəzur dəhlizinin reallaşmasına xidmət edəcək.

media-1-x7tz


Bənzər xəbərlər