Zəvvarlar üçün iki günlük seminar təşkil olunub
Türkiyənin Konya vilayətinin Hüyük ərazisində təşkil olunan təlim seminarında həcc ziyarətinə hazırlaşan zəvvarlara praktik məşğələlər keçirilib.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, bu il Müqəddəs torpaqlara gedəcək zəvvarların həcc ibadəti zamanı diqqət etməli olduqları məsələlər barədə maarifləndirilməsi məqsədilə Diyanət İşləri Başqanlığının təşkilatçılığı və Hüyük Müftiliyi tərəfindən iki gün davam edən seminar təşkil olunub.
Rayon Müftiliyinin konfrans zalında baş tutan seminar Selki məhəlləsində yerləşən Makbule və Durmuş Akkuş Bilali Habeşi məscidinin imam-xətibi Ali Osman Gülün Qurani-Kərim tilavəti ilə başlayıb. Daha sonra Hüyük Müftisi Seyid Ali Gündüz zəvvarlara Müqəddəs torpaqlarda yerinə yetirəcəkləri həcc ibadəti ilə bağlı məlumat verib. Vilayət vaizi Muhammet Akif Tunç isə təqdimatında zəvvarların orada çətinlik çəkməməsi üçün ümumi bilgilər paylaşıb.
İki gün davam edən seminar, həcc ibadətinin tətbiq edilərək öyrədilməsi ilə sona çatıb.
Ləman Sərraf