media-inshot_20260422_094846325

ABŞ-də filmləri xatırladan oğurluq hadisəsi baş verib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə ABŞ-nin Filadelfiya şəhərində səhər saatlarında baş verib.

İki nəfər silahlı şəxs zirehli pul daşıyan maşına hücum edərək 1,8 milyon dollar oğurlayıb.

Daha sonra şübhəlilər hadisə yerindən mavi rəngli nəqliyyat vasitəsi ilə qaçıblar.

Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Hələlik cinayəti törədən şəxslər saxlanılmayıb. Şübhəlilərin tutulması üçün genişmiqyaslı əməliyyat başladılıb.


Bənzər xəbərlər