media-inshot_20260505_170135560

Aprelin 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısı təkcə diplomatik müzakirələrlə deyil, həm də qeyri-adi səhnə çıxışları ilə diqqət çəkib.

Patrul.az xəbər verir ki, sammit çərçivəsində təşkil olunan dövlət şam yeməyində Fransa Prezidenti Emmanuel Makron erməni əsilli fransız müğənni Şarl Aznavurun “La Boheme” mahnısını ifa edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə zərb alətlərində (nağara/baraban) ifa edərək Makronu müşayiət edib.

Daha sonra ifaya Ermənistan Prezidenti Vahaqn Xaçaturyan da qoşulub. Həmin anlar sosial şəbəkələrdə geniş yayılıb.

Xatırladaq ki, 50-yə yaxın dövlət və hökumət başçısının iştirak etdiyi Zirvə toplantısına Prezident İlham Əliyev videoəlaqə vasitəsilə qoşularaq müzakirələrdə iştirak edib. Sammitin əsas müzakirə mövzusu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regiondakı sabitlik olub.

Qeyd edək ki, 2028-ci ildə keçiriləcək Avropa Siyasi Birliyinin növbəti Zirvə toplantısına Azərbaycan ev sahibliyi edəcək.

Gülbəniz Səfərova


Bənzər xəbərlər