Səfərov qardaşlarının ölümü ilə bağlı YENİ FAKTLAR
Səfərov qardaşları ölümü ilə bağlı rəsmi açıqlama verilib.
Patrulaz.az xəbər verir ki, iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) əməliyyatı zamanı Səfərov qardaşlarından biri – Ziyəddin Səfərov evində deyil, Rusiya hüquq-mühafizə orqanlarına məxsus avtomobildə ölüb. Onun qardaşı Hüseyn Səfərov isə həmin gün saat 15 radələrində Yekaterinburq şəhərindəki daxili işlər orqanının inzibati binasında həyatını itirib.
Məlumatı Azərbaycanın Baş Prokurorluğu təsdiqləyib. Rəsmi açıqlamada bildirilib ki, hadisə baş verən günün səhər saatlarında Ziyəddin Səfərov Rusiya hüquq-mühafizə orqanlarının nəqliyyat vasitəsində öldürülüb.
Qeyd edək ki, öldürülən Hüseyn və Ziyəddin Səfərov tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Gülbəniz Səfərova