media-inshot_20250630_182145908

Krımda yerləşən “Tayqan Safari” parkında tələbə qız oranqutana elektron siqaret verib.

Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda meymun elektron siqaretdən istifadə edərək tüstünü buraxır.

Məlumata görə, boksla məşğul olan qız parkdakı “Dana” adlı oranqutana elektron siqareti uzadıb. Lakin qız bundan əylənsə də, zooparkın işçiləri vəziyyət barəsində dərhal tədbir görüblər.

Hadisədən sonra oranqutan dərhal müayinə edilib və səhhətində hər hansı problem aşkarlanmayıb.

Qeyd edək ki, bu hadisədən sonra qız parkın digər, xüsusilə vəhşi heyvanların olduğu hissələrə buraxılmayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər