media-inshot_20250612_101414253

İtaliya futbolunun 114 illik tarixi olan köklü klublarından biri sayılan Brescia, tarixinin ən qara günlərini yaşayır.

Patrulaz.az İtaliya mətbuatında yayılan məlumata istinadən xəbər verir ki, klub son iki ay ərzində futbolçularına olan 3 milyon avro məbləğindəki maaş ödənişlərini yerinə yetirə bilməyib. Ödənişin həyata keçirilməsi üçün 6 iyun Cümə gününə qədər vaxt verilsə də, bu müddət ərzində tələb olunan məbləğ ödənməyib.

2017-ci ildən bəri klubun sahibi olan Massimo Cellino rəhbərliyindəki Brescia-nın maliyyə böhranından çıxa bilmədiyi və rəsmi olaraq iflas etdiyi bildirilir.

Geridə qoyulan mövsümdə B seriyasında (İtaliya 2-ci liqası) mübarizə aparan Brescia, idman baxımından liqada qalmağa nail olsa da, maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün 4 xal silinməsi cəzası aldı və nəticədə C seriyasına (3-cü liqa) düşdü.

Lakin bununla da böhran sona çatmadı – ödənilməmiş maaşlar və davam edən maliyyə nizamsızlığı səbəbilə klub peşəkar liqalardan tamamilə kənarlaşdırıldı.

Bu, yalnız bir klubun deyil, köklü bir futbol mədəniyyətinin çökməsi kimi qiymətləndirilir.

Ləman Sərraf 


Bənzər xəbərlər