12 ərəb və islam ölkəsinin XİN başçıları İranın zərbələrini əsassız saydı
12 ərəb və islam ölkəsinin xarici işlər nazirləri bildiriblər ki, İran tərəfindən Fars körfəzi ölkələrinə endirilən hərbi zərbələrə haqq qazandırmaq olmaz.
Patrul.az xəbər verir ki, bu barədə Əl-Hədəs telekanalı məlumat yayıb.Qeyd olunub ki, bəyanat martın 19-da Ər-Riyad şəhərində keçirilən görüş zamanı səsləndirilib. Nazirlərin fikrincə, hücumlar mülki infrastruktur obyektlərini və yaşayış məntəqələrini hədəf alır. Görüş iştirakçıları İranı dərhal hücumları dayandırmağa çağırıb, eyni zamanda region ölkələrinə qarşı təxribat xarakterli addımlardan və təhdidlərdən çəkinməyə səsləyiblər. Toplantıda Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, Misir, Pakistan və digər ölkələrin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, sammit regionda gərginliyin artması fonunda dövlətlərin mövqelərinin uzlaşdırılması məqsədilə təşkil olunub.
Aynur Nadirqızı






