media-inshot_20250801_095349282

Almaniya Fələstin dövləti ilə bağlı İsrailə xəbərdarlıq edib.

Patrulaz.az “Reuters”ə istinadla xəbər verir ki, Almaniyanın xarici işlər naziri Yohann Vadeful ölkəsinin Fələstin ərazilərinə qarşı istənilən birtərəfli addımlara qarşılıq verməyə hazır olduğunu açıqlayıb.

Nazir bildirib ki, İsrail hökumətinin bəzi üzvləri açıq şəkildə ilhaq planlarını dilə gətirir və bu, beynəlxalq ictimaiyyətdə narahatlıq doğuru

“Artıq Avropada bir çox ölkə, hətta ilkin danışıqlar prosesi olmadan belə, Fələstin dövlətini tanımağa hazırdır”, – deyə Vadeful vurğulayıb.

O əlavə edib ki, Fələstin ərazilərinin ilhaqı halında Almaniya cavab tədbirləri görmək məcburiyyətində qalacaq.

Qeyd edək ki, hazırda ölkələr arasında Fələstini dövlət olaraq tanıma prosesi gedir.


Bənzər xəbərlər