2025-ci ilin sülhsevər ölkələri AÇIQLANDI: Azərbaycan neçənci yerdədir? - SİYAHI
2025-ci ilin ən sülhsevər ölkələri açıqlanıb.
Patrulaz.az xəbər verir ki, İqtisadiyyat və Sülh İnstitutunun hər il dərc etdiyi” Qlobal Sülh İndeksi 2025″in nəticələri açıqlanıb.
Hesabata əsasən, Azərbaycan 163 ölkə arasında 95-ci pillədə qərarlaşıb.
Maraqlıdır ki, Ermənistan Azərbaycanın qarşısında 58-ci yerdə, qardaş Türkiyə isə 146-cı sırada yer alıb. Siyahının sonuncu – 163-cü pilləsi Rusiyaya məxsusdur.
Qlobal Sülh İndeksi “Vision of Humanity” tərəfindən hazırlanır və 23 fərqli meyar üzrə qiymətləndirmə aparılır. Bunlara təhlükəsizlik, daxili münaqişələr, diplomatik əlaqələr və hərbi xərclər daxildir. İndeks üzrə xal nə qədər aşağıdırsa, ölkə bir o qədər “sülhsevər” hesab olunur.
İllərdir siyahının lideri olan İslandiya bu il də dünyanın ən dinc ölkəsi elan edilib. Onun ardınca İrlandiya, Yeni Zelandiya, Avstriya və İsveçrə gəlir. Siyahının ilk sıralarında əsasən Avropa ölkələri yer alsa da, Sinqapur, Yaponiya və Malayziya da ilk 20-likdədir.







