Səhər bu içkiləri içənlərin nəzərinə! - Mədə risk altındadır
Səhər oyanan kimi bir çox insan günə isti içki ilə başlayır: kimisi çay, kimisi qəhvə, kimisi isə soyuq qazlı içkilərlə özünü oyatmağa çalışır. Amma boş mədəyə bəzi içkiləri qəbul etmək sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Patrulaz.az-ın məlumatına görə, səhərlər, xüsusən də acqarna qəhvə, qazlı içkilər, soyuq su, türş meyvə şirələri və s. mədəyə xeyli ziyanı olur.
Qəhvə

Səhər acqarına qəhvə içmək bir çoxlarının vərdişidir, amma bu vərdiş təhlükəsiz deyil. Qəhvə mədədə turşu ifrazını artırır, bu da qastrit, yanğı və mədə ağrısı yarada bilər. Uzun müddət davamlı olaraq acqarına qəhvə içmək hətta xora riskini də yüksəldir. Üstəlik, kofein ürək döyüntülərini sürətləndirir və təzyiqi artırır.
Qazlı içkilər

Bəzi insanlar səhər enerji qazanmaq üçün qazlı və enerji içkilərinə üstünlük verir. Amma bu içkilərin tərkibindəki şəkər və süni turşular mədə divarını qıcıqlandırır, qarın köpü və qaz problemi yaradır. Enerji içkiləri isə ürək ritmini pozur və asılılıq yarada bilər.
Soyuq su

Səhər acqarına soyuq su içmək orqanizm üçün gözlənilməz “şok” effekti yaradır. Mədə birdən-birə büzülür, həzm sistemi yavaşlayır. Ən doğru seçim otaq temperaturunda su içməkdir, həm bədəni oyadır, həm də orqanizmi zərərsiz şəkildə aktivləşdirir.
Turş meyvə şirələri

Təbii meyvə şirələri sağlam görünür, amma səhər acqarına içildikdə turşuluq səviyyəsi mədəyə zərər vurur. Portağal, naringi və limon kimi meyvələrin şirəsi mədə yanmasını artırır, hətta diş minəsini belə zəiflədir. Şirələri yeməkdən sonra içmək daha faydalıdır.
Ən doğru seçim nədir?
Mütəxəssislər səhər acqarına isti su və bir az limon (çox turş olmayan miqdarda) içməyi, daha sonra isə yüngül səhər yeməyi qəbul etməyi məsləhət görürlər. Bu, həm həzmi aktivləşdirir, həm də bədəni yavaş-yavaş oyadır.
Səhər acqarına içilən hər içki faydalı olmur. Qəhvə və qazlı içkilər enerji versə də, mədəyə və sinir sisteminə zərbə vurur. Orqanizminə dəyər ver – gününə təbii, zərərsiz içkilərlə başla, çünki səhərin bir stəkanı bəzən bütün günün sağlamlığını müəyyənləşdirir.






