Paytaxtda yatmış iti daşla vuran şəxs barədə tədbir görüldü - VİDEO
Bakı şəhəri, Biləcəri qəsəbəsində heyvana qarşı zorakılıq halı qeydə alınıb.
Patrulaz.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda başında papaq olan kişinin səssiz şəkildə yatan iti iri daşla vurduğu əks olunur.
Hadisə anbaan təhlükəsizlik kameralarına düşüb. Daş zərbəsinə məruz qalan it dərhal qaçaraq oradan uzaqlaşıb.
Məlumata görə, polis tərəfindən müəyyən edilən şəxsin 68 yaşında olduğu məlum olub və barəsində qanunvericiliyə uyğun tədbir görülüb.






