Rusiyanın bu vilayətinə bir gecədə 24 PUA hücumu edildi
Rusiyanın Voronej vilayəti gecə saatlarında Ukrayna Silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, zərbələr nəticəsində ölən və ya xəsarət alan olmayıb, həmçinin infrastruktura ziyan dəyməyib.
Məlumata görə, Rusiya hava hücumundan müdafiə sistemləri hücum zamanı 24 pilotsuz uçuş aparatını aşkar edərək məhv edib.
Rusiya Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumatda bildirilir ki, 18 yanvar Moskva vaxtı ilə saat 08:00–19:00 aralığında ölkənin müxtəlif bölgələri üzərində 17 dron vurulub, onların böyük hissəsi Belqorod vilayəti üzərində məhv edilib. Bundan əlavə, 18 yanvar gecəsi hava hücumundan müdafiə qüvvələri 63 Ukraynaya məxsus pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə başlayan müharibə hazırda da davam edir. Qarşıdurma nəticəsində hər iki tərəfin xeyli sayda itki verdiyi bildirilir.
Gülbəniz Səfərova






